İsrail genişmiqyaslı hücuma hazırlaşır – Müharibə QAPIDA
Bizi izləyin

Yaxın Şərq

İsrail genişmiqyaslı hücuma hazırlaşır – Müharibə QAPIDA

ABŞ Suriyadan çıxma qərarını açıqladıqdan sonra İsrail bölgədə genişmiqyaslı müharibəyə hazırlığa başlayıb.

Publika.az
xəbər verir ki, bu iddia ilə Rusiyanın “Nezavismaya qazeta” nəşri çıxış edib.

İsrailin keçmiş müdafiə naziri Aviqdor Libermanın “ABŞ-ın Suriyadan çıxması Livanda, ya da Suriyada genişmiqyaslı müharibə olmaq ehtimalını artırır” sözlərinə yer verən qəzet yazır ki, Vaşinqton qərarını icra etsə, Təl-Əviv bölgədə Tehran qarşısında tək qalacaq.

Rusiyalı hərbi ekspert Yuri Lyamin bildirib ki, Türkiyə Suriyanın şimalında əməliyyata hazırlaşır: “Belə bir əməliyyat İran və Əsəd rejimi tərəfindən məmnuniyyətlə qarşılanmayacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm