Yaxın Şərq
Dünya tikan üstündədir: ABŞ Tehrana hücum edərsə, İran Təl-Əvivi yer üzündən siləcək
İsrailin baş naziri Benyamin Netanyahu İrandan gələn “ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfanı yer üzündən silərik” açıqlamasına reaksiya verib.
Publika.az xəbər verir ki, baş nazir bu təhdidə elə təhdidlə cavab verib.
Netanyahu bildirib ki, İran buna cəhd edərsə, bu, onların qeyd etdiyi son inqilab bayramı ola bilər: “İrandan gələn təhdidləri gözardı etmirik. Qorxmuruq da. Əgər bu rejim (İran) Təl-Əviv və Hayfanı yox etməyi sınamaq xətası buraxarsa ki, bunu bacarmaz – bu, onların son bayramı ola bilər. Bunu da nəzərə almalıdırlar”.
Qeyd edək ki, İslam İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan Yadulla Cavani İRNA agentliyinə verdiyi açıqlamada “ABŞ bizə hücum edərsə, biz də Təl-Əviv və Hayfanı yer üzündən silərik” sözlərini demişdi.
Xatırladaq ki, İslam inqilabının 40-cı ildönümünü qeyd edən İran ABŞ-dan da İsrailə bənzər reaksiyanı görüb.
Zümrüd
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı