Bəşər Əsəd və İranın... – Bolton Trampın bəyanatını ŞƏRH ETDİ
Bizi izləyin

Yaxın Şərq

Bəşər Əsəd və İranın... – Bolton Trampın bəyanatını ŞƏRH ETDİ

Suriya və İran rejimlərinə Qolan hündürlüklərinə nəzarət etməyə imkan vermək Bəşər Əsəd və İranın regionda stabilliyi pozan hərəkətlərinə gözlərini bağlamaq deməkdir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib.

“İsrailin təhlükəsizliyinin möhkəmlənləndirilməsi ümumi təhlükələrlə birgə mübarizə aparmaq qabiliyyətimizi möhkəmlədir”, - Bolton tvitterdə yazıb.

1967-ci ildə İsrail Qolan hündürlüklərini işğal edib və 1981-ci ildə birtərəfli qaydada ərazini zəbt edib. Donald Tramp cümə axşamı tvitterdə yazıb ki, Qolan hündürlükləri üzərində İsrailin hakimiyyətini tanımağın vaxtıdır. Onun sözlərinə görə, bu addım İsrailin və regionun təhlükəsizliyinin xeyrinədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm