Bağdadidən VİDEOMÜRACİƏT: Döyüş bitdi, amma...
Bizi izləyin

Yaxın Şərq

Bağdadidən VİDEOMÜRACİƏT: Döyüş bitdi, amma...

İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi sosial şəbəkələrdə yayılmış videomüraciətində Baquz şəhəri uğrunda döyüşün başa çatdığını bildirib.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.

Bağdadi həmçinin, videomüraciətində İŞİD döyüşçülərinin qətlində və onların tutulmasında iştirak edən insanlardan qisas alacağına söz verib.

Qeyd edək ki, Baquz uğrunda döyüş 2019-cu ilin fevralında Suriya demokratik qüvvələrinin və Amerika koalisiyasının iştirakı ilə başlayıb. Martın 23-də Suriya hərbçiləri əməliyyatın başa çatdığını elan ediblər. Baquz İŞİD-in Suriyadakı son qalası hesab edilirdi.

Bu, əl-Bağdadinin son 5 ildə ilk videoyazısıdır. İŞİD rəhbəri sonuncu dəfə 2014-cü ilin iyulunda tərəfdarları qarşısına çıxıb.

Daha əvvəl bildirilirdi ki, Suriyanı tərk etmək üzrə müvəffəqiyyətsiz cəhdlərindən sonra İŞİD lideri saqqalını rəngləməyə məcbur olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm