Yaxın Şərq
Türkiyənin düşmənləri ABŞ-dan yardım istədi
YPG terror təşkilatının daxil olduğu “Suriya Demokratik Gücləri”nin siyası qanadı “Suriya Demokratik Şurası” Astana müzakirələrində iştirak etmək üçün ABŞ-dan yardım istəyib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda “Suriya Demokratik Şurası”nın sözçüsü Bassam Şaker bildirib.
Türkiyənın etiraz etməsi səbəbiylə Astana formatında aparılan danışıqlara cəlb olunmadığını deyən Şaker danışıqların bir parçası olmalı olduqlarını deyib.
“Türkiyənin vetosu üzündən kimsə bunu qəbul etmir. Bu, Konstitusiya Komitəsi üçün vacibdir. Komitədə olmadığımız üçün də bu komitənin problemləri heç bir zaman həll etməyəcəyini düşünürük”, - o əlavə edib.
Qeyd edək ki, Astana formatında Türkiyə, Rusiya və İran təmsilçiliyi ilə Suriya münaqişəsinin həlli üzrə danışıqlar aparılır. Ankara YPG-ni PKK terror təşkilatının Suriya qanadı hesab edir və onun Suriya üzrə danışıqlarda iştirakına qarşı çıxır.
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO


















.jpg)



















