Əsədin ordusu bazarı bombaladı – 4 ölü, 40 yaralı
Bizi izləyin

Yaxın Şərq

Əsədin ordusu bazarı bombaladı – 4 ölü, 40 yaralı

Suriya rejiminə məxsus Hərbi Hava Qüvvələri İdlibin Marratinnuman rayonunda yerləşən bazara aviazərbələr endirib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, aviazərbələr nəticəsində 4 dinc sakin həlak olub.

İnformasiyaya əsasən, 40-dan çox insan yaralanıb. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Qurbanların sayının artacağı gözlənilir.

Beləliklə, Bəşər Əsəd rejiminə məxsus hərbi aviasiyanın son gün ərzində aviazərbələri nəticəsində ölənlərin sayı 10-a qədər artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm