14 min əsgər əmr gözləyir: torpaqların azad edilməsi üçün...
Bizi izləyin

Yaxın Şərq

14 min əsgər əmr gözləyir: torpaqların azad edilməsi üçün...

Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq məqsədilə Türkiyə ilə ABŞ arasında görüşlər davam edərkən Türkiyə Silahlı Qüvvələrinin ehtimal edilən hərbi əməliyyatlarına dəstək gəlib.

Publika.az xəbər verir ki, Suriya ordusunun komandirləri PKK terror təşkilatının PYD/YPG qolunun işğal etdiyi kənd və qəsəbələri xilas etmək üçün hazır olduqlarını açıqlayıb.

Milli ordunun mətbuat katibi Yusif Həmid “Röyters” agentliyinə açıqlamasında Fərat çayının şərqində Türkiyə ordusu ilə birlikdə əməliyyat keçirmək üçün 14 min əsgərin hazır olduğunu bildirib.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fərat çayının şərqində hərbi əməliyyat keçirə biləcəklərini açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm