Kərbəlada QƏTLİAM - Şəhərə giriş-çıxış bağlandı - (YENİLƏNDİ)
Bizi izləyin

Yaxın Şərq

Kərbəlada QƏTLİAM - Şəhərə giriş-çıxış bağlandı - (YENİLƏNDİ)

İraqın Kərbəla şəhərində avtobusun partlaması nəticəsində ən azı 17 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə "Əl-Suməriyə" telekanalı İraq DİN-ə istinadən məlumat verir.

Hüquq mühafizə orqanları terrorçunu saxlaya bilib. Kərbəla şəhərinə giriş və çıxışlar bağlanıb.

***

02:22

İraqın Kərbəla şəhərində avtobusun partlaması nəticəsində azı 12 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə İraq təhlükəsizlik xidmətinə istinadən "Röyters" agentliyi bildirib.

Daha əvvəl “PressTV” 9 nəfərin öldüyünü bildirib.

Partlayış nəticəsində, həmçinin bir neçə nəfər xəsarət alıb. Regiondakı qruplaşmalardan heç biri hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm