"Üzük" açıqlaması öldürülən generalla bağlı gizlinləri AÇDI - FOTO
Bizi izləyin

Yaxın Şərq

"Üzük" açıqlaması öldürülən generalla bağlı gizlinləri AÇDI - FOTO

İraq səlahiyyətliləri öldürülən İranın "Qüds" Qüvvələrinin komandanı Qasım Süleymani ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, adlarını gizli saxlayan səlahiyyətlilər generalın cəsədinin paramparça olduğunu bəyan edib. Onlar bildirib ki, Qasım Süleymani üzüyündən tanınıb.

Qeyd edək ki, general və "Haşdi Şabi" silahlı qruplaşmasının komandir müavini "Mehdi əl-Mühəndis" ləqəbli Camal Cəfər İbrahiminin Bağdad hava limanında ABŞ raketlərinin hücumu nəticəsində öldürüldüyü iddia edilir.

Rəsmi Pentaqon əməliyyatın ABŞ prezidenti Donald Trampın göstərişinə əsasən keçirildiyini təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm