Əsəddən Türkiyəyə qarşı DƏHŞƏTLİ PLAN - Ordu qırğın törədəcək
Bizi izləyin

Yaxın Şərq

Əsəddən Türkiyəyə qarşı DƏHŞƏTLİ PLAN - Ordu qırğın törədəcək

Suriya ordusu Hələb şəhərində dinc sakinlərin yaşadığı məntəqələri hədəfə alaraq, məsuliyyəti Türkiyənin üzərinə atmaq istəyir.

Publika.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, bu barədə danışıqlar müxalifət qüvvələrinin rabitə cihazları tərəfindən qeydə alınıb. İddialara görə, Prezident Bəşər Əsəd bu barədə Suriya ordusuna göstəriş verib. Bildirilir ki, məsuliyyət türkiyəli hərbçilərin üzərinə atılandan sonra Ankaraya qarşı geniş təbliğat aparılacaq.

Qeyd edək ki, Suriya ordusu 8 ildən sonra ötən həftə Hələb şəhərinə nəzarəti tam ələ keçirib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm