33 türk əsgərinin şəhid olduğu hücumun görüntüləri yayıldı - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Yaxın Şərq

33 türk əsgərinin şəhid olduğu hücumun görüntüləri yayıldı - VİDEO - (YENİLƏNDİ)

İdlibdə Suriya ordusu tərəfindən türk ordusuna qarşı təşkil edilən hava hücumunun görüntüləri yayılıb.

***

05:41

***

İdlibdə Suriya ordusu tərəfindən təşkil edilən hava hücumu nəticəsində həlak olan türkiyəli hərbçilərin sayı 33-ə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Hatay valiliyi məlumat yayıb.

***

03:02

İdlibdə Suriya ordusu tərəfindən təşkil edilən hava hücumu nəticəsində həlak olan türkiyəli hərbçilərin sayı 29-a çatıb. 36 əsgər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Hatay valiliyi məlumat yayıb.

***

01:36

İdlibdə təşkil edilən hava hücumu nəticəsində həlak olan türkiyəli hərbçilərin sayı 22-yə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Hatay valiliyi məlumat yayıb.

***

00:55

İdlibdə hava hücumu nəticəsində 9 türkiyəli hərbçi həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Yaralıların olduğu bildirilir. Yaralılar Hatay vilayətindəki xəstəxanalara yerləşdirilib.

Hava hücumunun Suriya ordusu tərəfindən təşkil edildiyi bildirilir.

Qeyd edək ki, hücum, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının təcili toplantısının keçirildiyi vaxta təsadüf edib. Toplantının yekunlarına dair açıqlama verilməyib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm