Dünya bu fotodan danışır: Uşaq savaşı dayandırdı... - FOTO
Bizi izləyin

Yaxın Şərq

Dünya bu fotodan danışır: Uşaq savaşı dayandırdı... - FOTO

Kəşmirdə təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma arasında baş verən qarşıdurmada həlak olan babasının üstündə oturaraq ağlayan 3 yaşlı uşağın fotosu kəskin reaksiyalara səbəb olub.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Kəşmirin müsəlmanlar yaşayan Sopor qəsəbəsində baş verib.

Hindistan polisi tərəfindən öldürülən 65 yaşlı babasının sinəsində oturub ağlayan uşaq qarşıdurma davam etdiyi üçün bir müddət bu şəkildə qalıb.

Qarşıdurma tərəflərinin atəşi dayandırmasından sonra uşaq təhlükəsiz yerə çəkilib.

Ailəsi yaşlı kişinin nəvəsinin gözləri qarşısında öldürüldüyünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm