Paytaxt meydanında mülki şəxsləri güllələdilər - Yaxın Şərq ALOVLANIR
Bizi izləyin

Yaxın Şərq

Paytaxt meydanında mülki şəxsləri güllələdilər - Yaxın Şərq ALOVLANIR

İraqın paytaxtı Bağdadda hökumətə qarşı etiraz aksiyaları gecə saatlarından etibarən yenidən alovlanıb.

Publika.az xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında yaşanan insident nəticəsində 2 nəfər ölüb, onlarla insan yaralanıb.

Yerli mənbələr və hadisə şahidlərinin verdiyi məlumata görə, Bağdadın mərkəzindəki “Təhrir” meydanında hüquq-mühafizə orqanları əməkdaşları həqiqi mərmidən istifadə edib.

Bəzi etirazçılar hadisə yerindən canlı yayım açaraq ölü və yaralıların ətrafdakı xəstəxanalara aparılması üçün lazım olan təcili yardım avtomobillərinin hüquq-mühafizə orqanları tərəfindən meydana girişinə icazə verilmədiyini bildirib.

Siyasi fəallar sosial media vasitəsilə Baş nazir Mustafa əl-Kazımini hadisələrə müdaxilə etməyə çağırıb.

Hökumətdən isə olayla bağlı hər hansı açıqlama gəlməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm