Yaxın Şərq
Baş nazirdən erkən seçki təklifi: Livanda nə baş verir?
Beyrutda davam edən iğtişaşlar zamanı bir polis əməkdaşının öldürüldüyü, daha 5 qanun keşikçisinin isə yaralandığı bildirilir. Bu dəqiqələrdə nümayişçilər İqtisadiyyat və Xarici İşlər nazirliklərinin binalarından uzaqlaşdırılır. Onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edilir. Hazırda Beyrutun Şəhidlər meydanı və nazirliklərin binaları polisin nəzarəti altındadır.
Publika.az xəbər verir ki, parlamentin daha iki üzvü istefa verdiyini bəyan edib. Onlar hökumətdən təcili islahatlar və növbədənkənar parlament seçkiləri keçirilməsini tələb edirlər.
Baş Nazir Həsən Diyab xalqa müraciət edib. O deyib ki, xalqın hökumətə qəzəbini haqlı hesab edir və tezliklə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi təklifini Prezident Mişel Auna təqdim edəcək. “Livan öz tarixində ən çətin günlərini yaşayır və son hadisələrin fəsadlarını aradan qaldırmaq mümkün olmayacaq. Biz korrupsiyanın qarşısını almaq, sosial-iqtisadi böhranı aradan qaldırmaq istiqamətində də tədbirlər həyata keçirəcəyik. Beyrut limanında baş vermiş partlayışın təqsirkarlarını məsuliyyətə cəlb edənədək istintaq davam edəcək”, - deyə hökumətin başçısı vurğulayıb.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO