İsraillə müqavilə imzalanmayacaq -  Sudan XİN
Bizi izləyin

Yaxın Şərq

İsraillə müqavilə imzalanmayacaq -  Sudan XİN

Sudanın İsrail ilə müqavilə imzalayacağı iddiaları rədd edilib.

Publika.az-ın məlumatına görə, Sudan Xarici İşlər Nazirliyi sözçü Heydər Bədəvinin İsraillə razılaşma iddialarını təəccüblə qarşıladıqlarını bildirib.

Nazirlikdən verilən açıqlamada Sudan ilə İsrail arasındakı münasibətlərə dair hansısa mövzunun müzakirə edilmədiyi və mətbuat katibinə bu mövzuda açıqlama verilməsinin tapşırılmadığı qeyd edilib: "Heydər Bədəvinin Sudanın İsrail ilə əlaqələrin qurulması üçün çox böyük səylər göstərdiyi ilə bağlı verdiyi açıqlamalara nazirlik olaraq heyrətləndik. Yeni bir açıqlamanın verilməsinə və ictimaiyyəti düzgün informasiya ilə təmin etməyə ehtiyac var".

Qeyd edək ki, İsrailin Kəşfiyyat naziri Əli Kohen BƏƏ-dən sonra Sudanın Təl-Əvivlə tezliklə normallaşma razılaşması əldə edəcəyini açıqlamışdı. Bu açıqlamadan sonra Sudan Xarici İşlər Nazirliyinin sözçüsü Bədəvi, "İsraillə münasibətlərin normallaşması fərqli və bənzərsiz olacaq, digər ölkələr kimi olmayacaq. İsrail ilə münasibətlər qurmaq meyli yeni deyil, bu, əvvəlki rejim dövründə başladılıb", - deyə açıqlama vermişdi.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm