İsrail kiberhücuma məruz qaldı - 40 şirkət...
Bizi izləyin

Yaxın Şərq

İsrail kiberhücuma məruz qaldı - 40 şirkət...

İsrailin 40 şirkəti kiberhücuma məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin “Walla News” nəşri məlumat yayıb.

Xəbərə görə, kompüter proqramlaşdırması istiqamətində fəaliyyət göstərən “Amital” şirkətinin 40 müştəri firması hücumun qurbanı olub.

İnternet texnologiyaları sahəsində mütəxəssis olan səlahiyyətli şəxsin məlumatına əsasən, hücumun arxasında bir dövlət və ya düşmən ünsürlər ola bilər.

Kiberhücumla bağlı İsraildən hələ ki, rəsmi açıqlama verilməyib.

Hadisə səbəbilə ölkənin gömrük sahəsində gecikmələrin ola biləcəyi bildirilib.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın bir neçə nazirliyinin sistemlərinin kiberhücuma məruz qaldığı açıqlanmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm