Yaxın Şərq
İran və ABŞ hərbçiləri arasında insident - Havaya fişəng buraxdılar
Fars körfəzində İranın sahil mühafizə xidmətinin katerləri ilə ABŞ-ın hərbi gəmiləri arasında insident baş verib.
Publika.az xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusunun (Sepah) Hərbi Dəniz Qüvvələrinin yaydığı açıqlamada deyilir.
Yayılan yazılı açıqlamada əvvəlcə ABŞ Müdafiə Nazirliyinin beynəlxalq sularda İrana məxsus 13 hərbi katerin ABŞ-ın 7 hərbi gəmisinə qarşı təxribat törətdiyi haqqında iddiası rədd edilib. Nəzərə çatdırılıb ki, mayın 10-da təxribat hərəkətlərini İran yox, ABŞ gəmiləri törədiblər. Körfəzdəki ABŞ gəmiləri İranın dəniz sərhədinə həddən artıq dərəcədə yaxınlaşaraq gəmidəki hərbi vertolyotların uçuşunu təşkil edib və havaya həyəcan fişəngi buraxaraq qeyri-professional addımlar atıblar. Başqa dövlətin dəniz sərhədi yaxınlığına bu kimi hərəkətlərə yol verilməsi dənizçilik haqqımda beynəlxalq qanunlara ziddir.
Bu kimi hərəkətləri müşahidə edən Sepahın hərbi dəniz qüvvələrinə məxsus hərbi katerlər ABŞ-ın gəmilərinə xəbərdarlıq edib və onları sərhəddən uzaqlaşdırıblar.
Sepahın hərbi dəniz qüvvələri bir daha bəyan edir ki, sərhədləri yaxınlığında belə təxribatlara icazə verməyəcək və əgər qarşı tərəf qeyri-qanuni davranarsa sərt şəkildə cavab veriləcək.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı





























.jpg)



.jpg)

