Yaxın Şərq
ABŞ-ın sürətli müharibə planı pozuldu: Harada səhv edib?
ABŞ İranla müharibəyə klassik “blitskriq” (sürətli müharibə) strategiyası üzərində qurulan illüziya ilə daxil olub.
Publika.az xəbər verir ki, bu barədə mk.ru-da dərc olunan məqalədə qeyd olunub. Bildirilib ki, Vaşinqton qısa müddətli hərbi zərbələrlə Tehranda siyasi sarsıntı yaratmağı və Hörmüz boğazında gəmiçiliyi nəzarətdə saxlamağı planlaşdırırdı. Lakin bu gözləntilər özünü doğrultmayıb.
“Hörmüz boğazı ABŞ planlarının ən həssas nöqtəsinə çevrilib. Dünya neft ixracının təxminən beşdə biri və LNG daşımalarının böyük hissəsi bu strateji keçiddən həyata keçirilir. Hər hansı gərginlik dərhal qlobal enerji bazarlarına təsir göstərir”, - məqalədə vurğulanıb.
Analitiklərin fikrincə, İran bölgədəki coğrafi üstünlüklərindən və hərbi imkanlarından - raket sistemləri, dronlar, kiçik sualtı qayıqlar və İslam İnqilabı Keşikçiləri Korpusunun şəbəkəsindən istifadə edərək boğazı qısa müddətdə “qlobal arteriyadan risk zonasına” çevirə bilir.
Yazıda iddia olunur ki, ABŞ administrasiyası Hörmüz boğazının bağlanması riskini düzgün qiymətləndirməyib və ilkin planlar İranın sürətlə təslim olacağı ehtimalına əsaslanıb. Lakin reallıqda vəziyyət fərqli inkişaf edib.
Eyni zamanda İranın cavab zərbələri və regionda gəmiçilik risklərinin artması sığorta xərclərini yüksəldib və ticarət axınını zəiflədib. Bu isə həm ABŞ, həm də onun müttəfiqləri üçün əlavə iqtisadi təzyiq yaradıb.
Məqalədə ABŞ-ın regiondakı hərbi əməliyyatlarının həm iqtisadi, həm də siyasi baxımdan gözlənilən nəticəni vermədiyi, müttəfiqlərin isə birbaşa müdaxiləyə ehtiyatla yanaşdığı bildirilir.
-
Rəsmi xronika14:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi






.jpg)








.jpg)
.jpg)







.webp)












.jpg)


