İsrailin XİN rəhbəri ilk dəfə BƏƏ-yə səfər edəcək
Bizi izləyin

Yaxın Şərq

İsrailin XİN rəhbəri ilk dəfə BƏƏ-yə səfər edəcək

“Gələn həftə nazir Yair Lapid İsrailin xarici işlər naziri kimi BƏƏ-yə ilk rəsmi səfərini edəcək".

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, rəsmi səfər iyunun 29-30-da baş tutacaq.

"Lapid xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nahyanın qonağı olaraq BƏƏ-yə iki günlük səfər edəcək. O, Əbu Dabidə İsrail səfirliyinin, Dubayda isə baş konsulluğun açılışında iştirak edəcək", - XİN-in məlumatında deyilir.

Qeyd edək ki, ötən il sentyabrın 15-də Vaşinqtonda İsrail tərəfi ABŞ-ın aktiv vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair sənədləri imzalayıb. Bu müqavilələrin bağlanmasına qədər Yəhudi dövlətinin ərəb ölkələrindən yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri var idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm