Benny Gantz: “Ölkəm təhdid altındadır"
Bizi izləyin

Yaxın Şərq

Benny Gantz: “Ölkəm təhdid altındadır"

"İranın nüvə silahına sahib olması İsrail üçün böyük təhdid hesab edilir".

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu İsrailin Müdafiə naziri Benny Gantz Təl-Əviv yaxınlığındakı Dayan hərbi bazasında təşkil edilən mərasimdə çıxışı zamanı bildirib.

Nazir çıxışında İsrailin bəzi çətinliklərlə üzləşdiyini və Yaxın Şərqin köklü dəyişikliklərə səhnə olduğuna diqqət çəkib. Ölkəsinin qarşılaşdığı çətinliklər, Livanın parçalanması, Suriya mənbəli təhdidlərdən bəhs edib. İranın bu hadisələrdəki rolu olduğunu vurğulayıb.

O, İranın nüvə silah sahibi olmasının İsrail üçün ən dəhşətli təhdid hesab edildiyini vurğulayıb:

"Bu səbəbdən tədbirli olmalıq və müdafiə güclərimizi artırmalıyıq. Bu, önəmli vasitədir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm