Bennet bu şəxslərin cəzalandırılması üçün göstəriş verdi
Bizi izləyin

Yaxın Şərq

Bennet bu şəxslərin cəzalandırılması üçün göstəriş verdi

İsrailin Baş naziri Naftali Bennet özünü təcridetmə qaydalarını bilərəkdən pozan və başqalarının sağlamlığını təhlükəyə atan koronavirusa yoluxan şəxslərin mühakimə olunması və cinayət məsuliyyətinə cəlb edilmələri barədə göstəriş verib.

Publika.az xəbər verir ki, bu barədə Baş nazirin administrasiyası məlumat yayıb.

"Baş nazir Bennett səhiyyə, daxili təhlükəsizlik nazirləri, baş polis müfəttişi və hökumətin hüquq müşavirinin iştirakı ilə koronavirusla mübarizə qaydalarına riayət edilməsinin gücləndirilməsinə dair toplantı keçirib. Baş nazir özünü təcridetmə qaydalarını bilərəkdən pozan və başqalarının sağlamlığını təhlükəyə atan koronavirusa yoluxan şəxslərin mühakimə olunması və cinayət məsuliyyətinə cəlb edilmələri barədə göstəriş verib", - məlumatda deyilir./

Oxumağa davam et
Reklam
Reklam

Gündəm