Baydendən Yaxın Şərqə İLK SƏFƏR: masada nələr var?
Bizi izləyin

Yaxın Şərq

Baydendən Yaxın Şərqə İLK SƏFƏR: masada nələr var?

ABŞ Prezidenti Co Bayden Yaxın Şərqə ilk səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gəlib.

Publika.az rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidentini Ciddədəki Al-Salam sarayının qarşısında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman qarşılayıb.

Co Baydenin Səudiyyə Ərəbistanının Kralı Salman Bin Əbdüləzizlə görüşündə ikitərəfli əlaqələr, Yaxın Şərq regionundakı vəziyyət və qlobal enerji bazarında sabitlik məsələləri müzakirə olunub.

Vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşdə regional təhlükəsizlik, enerji məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Co Bayden iyulun 16-da Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasının Sammitində iştirak edəcək. Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin liderlərinin iştirak edəcəyi tədbirin əsas müzakirə mövzusu Yaxın Şərqdəki vəziyyət və qlobal enerji böhranıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm