Polis aksiyaya müdaxilə etdi: yaralananlar var
Bizi izləyin

Yaxın Şərq

Polis aksiyaya müdaxilə etdi: yaralananlar var

Banqladeşin paytaxtı Dəkkədə yanacaq qiymətlərinin artırılmasına etiraz məqsədilə aksiya keçirən nümayişçilər ilə polis arasında qarşıdurma baş verib.

Publika.az xəbər verir ki, hökumətin yanacağın qiymətini 52 faiz artırmasından sonra müxalifət partiyaları və bəzi qruplar mitinqlər təşkil etməyə başlayıb.

Müxalif qrupların təşkil etdiyi nümayişlər cümə günündən bəri Dəkkənın Şahbaq rayonunda davam edir.

Polisin müdaxilə etdiyi nümayişlərdə 25 tələbə müxtəlif bədən xəsarəti alıb.

Aksiyalarda iştirak edən qruplardan Sosialist Tələbələr Cəbhəsinin baş katibi Salman Sıddıkinin yaydığı məlumata görə, polisin nümayişlərə müdaxiləsi nəticəsində 5-i ağır olmaqla 25 tələbə yaralanıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm