Yaxın Şərq
ABŞ Yaxın Şərqdə əlavə HHM sistemləri yerləşdirir

ABŞ ordusu bölgədə THAAD (Terminal High Altitude Area Defence) raketdən müdafiə sistemlərinin batareyalarını və əlavə "Patriot" zenit-raket komplekslərini yerləşdirməklə Yaxın Şərqdəki mövcudluğunu gücləndirir.
Publika.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.
O, bu sistemlərin dəqiq yerini və sayını deyə bilmədiyini vurğulasa da, əməliyyatın tam sürətlə getdiyini qeyd edib.
Onun sözlərinə görə, bu tədbirlər regionda Amerika hərbi qüvvələrinin müdafiəsini gücləndirmək məqsədi daşıyır.
Bu sistemlərin yerləşdirilməsi təşəbbüsü ABŞ-ın müdafiə naziri Lloyd Ostin tərəfindən təsdiqlənib və o, prosesin oktyabrın 22-də başlaması barədə göstəriş verib.
Hüseyn İbadlı

-
Nida Xəbər 09:00
Leyla Əliyeva Nyu-Yorkdan FOTO paylaşdı
-
Nəqliyyat08:37
14 yolda tıxac var - SİYAHI
-
Ekopublika.az05:15
İranda dolların məzənnəsi rekord həddə yüksəldi
-
Magazin203:18
Dünya şöhrətli memarın olduğu təyyarə partladı
-
Qoroskop02:00
Günün ulduz falı: xoş anlar sizi gözləyir
-
MDB01:20
Moskvada iki sərnişin təyyarəsi toqquşdu
-
Nida Xəbər 01:10
Daha bir ölkəyə vizasız gedə biləcəyik
-
İdman00:15
Oğlu Ronaldodan geri qalmır: Möhtəşəm qol vurdu – VİDEO