Yaxın Şərq
SON DƏQİQƏ: İsrail ordusu Qəzza şəhərinə daxil oldu
İsrail Müdafiə Qüvvələrinin (IDF) 36-cı diviziyası iki həftəlik hazırlıqdan sonra Qəzzaya quru qoşunlarını yerləşdirməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.
“36-cı diviziyanın qoşunları genişlənmiş döyüş əməliyyatları üçün təxminən iki həftəlik intensiv hazırlıqdan sonra "Gideonun döyüş arabaları II" əməliyyatı çərçivəsində Qəzza şəhərinə daxil olmağa başlayıb”, - deyə məlumatda bildirilir.
IDF-nin mətbuat xidməti bəyan edib ki, son günlər döyüş zonasının demarkasiyası və quru qoşunlarının əraziyə daxil olması üçün Qəzza zolağında onlarla terrorçuların məskunlaşdığı hədəflərə hücum edilib. İDF həmçinin bəyan edib ki, İsrail mülki əhalisini qorumaq üçün lazım gəldikdə Qəzza zolağında fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, IDF sentyabrın 16-da "Gideonun döyüş arabaları II" əməliyyatının bir hissəsi olaraq quru hücumunu genişləndirməyə başlayb.
Hüseyn İbadlı
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































