Yaxın Şərq
Netanyahu Fələstini tanıyan ölkələri HƏDƏLƏDİ - “ABŞ-dan qayıtdıqdan sonra...”
İsrailin Baş naziri Binyamin Netanyahu Qüdsün, Fələstini tanıyan Qərb ölkələrinə gələn həftə “rəsmi cavab” verəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Netanyahunun mesajını onun müşaviri Dmitri Gendelman "Telegram" kanalında yayımlayıb.
"Torpaqlarımızın mərkəzində terror dövləti qurmaq üçün edilən son cəhdin cavabı ABŞ-dan qayıtdıqdan sonra veriləcək. Gözləyin", - o bəyan edib.
Netanyahu deyib ki, Fələstin dövləti heç vaxt yaranmayacaq.
"İordan çayının qərbində Fələstin dövləti olmayacaq. Mən illərdir həm daxili, həm də xarici güclü təzyiqlərə qarşı duraraq bu terrorçu qurumun yaradılmasına imkan verməmişəm. Biz Yəhuda və Samariyada yəhudi məskunlaşmasını ikiqat artırmışıq və bu yolu davam etdirəcəyik", - o vurğulayıb.
Sentyabrın 21-də Portuqaliya, Kanada, Avstraliya və Böyük Britaniya Fələstinin dövlətçiliyini rəsmən tanıyıb.
Fransa Prezidenti Emmanuel Makron ölkə hakimiyyətinin sentyabrın 22-də Fələstini tanıyacağını açıqlayıb. Onun sözlərinə görə, bu qərar region üçün daha geniş sülh planına uyğundur.
Hüseyn İbadlı
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































