Yaxın Şərq
Türkiyə yenə də fərqini göstərdi: Doha-İstanbul-Ankara üçbucağında nələr baş verib?
İsrail və Fələstin arasında humanitar yardım və məhbus mübadiləsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə mühüm rol oynayıb.
Publika.az xəbər verir ki, HƏMAS 22 taylandlı, 22 argentinalı və 2 tanzaniyalı girovun azad edilməsi üçün Türkiyə ilə rəsmi əlaqə qurulub. Prezident Rəcəb Tayyib Ərdoğana çatdırılan bu tələb Milli İstihbarat Təşkilatının (MİT) direktoru İbrahim Kalının sahədəki danışıqları ilə yeni mərhələyə keçib.
Kalın 6 həftə ərzində HƏMAS ilə 4 kritik görüş keçirib: 1-i Doha, 2-si Ankara, 1-i İstanbulda.
Bu təmaslarda HƏMAS-dan ilk olaraq mülki girovları azad etməsi istənilib. Bu addımın daimi atəşkəs və humanitar yardım üçün mübarizə aparan Türkiyə başda olmaqla, tərəf dövlətlərin əlini yüngülləşdirəcəyi bildirilib. Bu çərçivədə Qətərdə HƏMAS-ın siyasi büro rəhbərləri ilə üzbəüz görüşlər keçirilib.
Xarici işlər naziri Hakan Fidanın göstərişi ilə danışıqlarda Türkiyənin Dohadakı səfiri də iştirak edib. Ankara vətəndaşlarının xilas edilməsi üçün rəsmi müraciət edən ölkələrin məlumatlarını birbaşa HƏMAS siyasi büro rəhbərlərinə ötürüb. Ankaranın bu istəyi HƏMAS-ın daxili kommunikasiya kanalları ilə Qəzzadakı hərbi qanadına çatdırılıb və azad ediləcək girovlar arasında İsrail vətəndaşları ilə yanaşı üçüncü ölkə vətəndaşlarının da olması təmin edilib.
HƏMAS-ın “humanitar fasiləyə” qədər 239 girovu olduğu qeyd edilib və girovların mübadiləsində mülki şəxslərə üstünlük verilib. Ankara həm Fələstin, həm də İsrailin atəşkəs prosesini pozmamalı və üçüncü tərəflərin prosesi sabotaj etməməli olduğunu vurğulayıb.
HƏMAS isə bazar günü gec saatlarda Telegram-da bəyanat yayaraq, "dörd günlük müddət bitdikdən sonra atəşkəsi uzatmağı" hədəflədiyini bildirib. Qeyd olunur ki, HƏMAS tərəfindən saxlanılan girovların təxminən yarısı hərbi mənşəlidir. Bildirilir ki, humanitar fasilə razılaşması əsasında yeni addımlar atılarsa, girovların mərhələli şəkildə azad edilməsinə yol açıqdır.
HƏMAS-ın əlində olan qohumları üçün prezident Ərdoğana məktub göndərən ailələrin xahişləri də nəzərə alınıb. Vəziyyətlə bağlı HƏMAS-a məlumat verilib, lakin İsrailin şiddətli bombardmanları səbəbindən girovları dərhal azad etmək mümkün olmayıb. Girovların ailələri Benyamin Netanyahu administrasiyasından deyil, Ərdoğandan kömək istəməyə üstünlük verib. Türkiyə bu məsələ ilə bağlı HƏMAS ilə də görüşüb.
İsrail qüvvələrinin, əksəriyyəti Hebron və Ramallahdan olan 60 nəfəri saxladığı bildirilib. Açıqlamada oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 3260-a yüksəldiyi qeyd edilib.
Nəzrin Cavadzadə
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO