Yaxın Şərqdə barıt qoxusu bitmir: HƏMAS tələbi geri çevirdi, İsrail imtina etdi
Bizi izləyin

Yaxın Şərq

Yaxın Şərqdə barıt qoxusu bitmir: HƏMAS tələbi geri çevirdi, İsrail imtina etdi

İsrail HƏMAS ilə barışıq danışıqları aparmalı olduğu Qahirəyə nümayəndə heyəti göndərməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə “The Times of Israel” ölkə hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

Nəşr vurğulayıb ki, İsrail radikal Fələstin hərəkatından girovların dəyişdirilməsinin necə aparılacağına aydınlıq gətirməklə onların tam siyahısını təqdim etməyi tələb edib. Lakin HƏMAS İsrail rəhbərliyinin bu tələbini yerinə yetirməkdən imtina edib.

"Beləliklə, İsrail bu gün Qahirəyə öz nümayəndə heyətini göndərməyəcək", - məlumatda deyilir.

HƏMAS daha əvvəl yaxın günlərdə İsraillə barışıq əldə etmək imkanını açıqlamışdı. Məhz bu məqsədlə Fələstin hərəkatının nümayəndə heyəti, eləcə də ABŞ və Qətər nümayəndələri Qahirəyə gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm