HƏMAS ABŞ-ın atəşkəs planı ilə razılaşdı
Bizi izləyin

Yaxın Şərq

HƏMAS ABŞ-ın atəşkəs planı ilə razılaşdı

Fələstinin HƏMAS radikal hərəkatı Amerika tərəfinin Qəzza zolağında təklif etdiyi atəşkəs planına razılıq verib.

Publika.az xəbər verir ki, bu barədə "Al Arabiya" televiziya kanalı hərəkatın rəhbərliyindəki mənbəyə istinadən bildirib.

Məlumata əsasən, ABŞ-ın irəli sürdüyü təşəbbüs anklavda hərbi əməliyyatların dayandırılmasını və köçkünlərin tədricən öz evlərinə qayıtmasını nəzərdə tutur. HƏMAS-ın nümayəndə heyəti sazişin təfərrüatlarını və onun həyata keçirilmə vaxtını müzakirə etmək üçün yaxın bir neçə gün ərzində Qahirəyə gələcək.

"HƏMAS" hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm