Husilər iki hegamon dövlətlə BİRLƏŞİR: "Birqütblü dünya məhv ediləck"
Bizi izləyin

Yaxın Şərq

Husilər iki hegamon dövlətlə BİRLƏŞİR: "Birqütblü dünya məhv ediləck"

Yəmənin Ənsar Allah hərəkatının husiləri Qərb ölkələrini zəiflətmək və birqütblü dünyanı məhv etmək üçün Rusiya və Çinlə əməkdaşlıq edir.

Publika.az xəbər verir ki, bu barədə hərəkatın Siyasi Bürosunun üzvü Əli əl-Kahum "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, birqütblü dünyadan çoxqütblü dünyaya doğru hərəkət 2022-ci ilin fevralında, Ukraynada xüsusi hərbi əməliyyatın (SVO) başlamasından sonra başlayıb. Ekspert hesab edir ki, hazırda Qərb hegemonluğunu təhdid edən İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi zamanı bu proses sürətlənib .

Əl-Kahum qeyd edib ki, hazırda Yəmən , Rusiya, Çin və BRİKS ölkələri arasında sıx qarşılıqlı əlaqə , diplomatik münasibətlərin inkişafı, eləcə də mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsi aparılır.

O əlavə edib ki, Amerika, Böyük Britaniya və Qərbi Qırmızı dəniz bataqlığında boğmaq üçün bu cür hərəkətlər lazımdır ki, onlar birqütblülüyünü daha qoruya bilməsinlər.

Bundan əvvəl Yəmənin Ənsar Allah hərəkatı pilotsuz təyyarələrdən istifadə edərək İsrail gəmisinə və ABŞ esminesinə hücum etmişdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm