İsraildə KRİTİK HAZIRLIQ: hücum təhlükəsi var, HƏMAS isə cəhd edəcək ki...
Bizi izləyin

Yaxın Şərq

İsraildə KRİTİK HAZIRLIQ: hücum təhlükəsi var, HƏMAS isə cəhd edəcək ki...

İsrail İrandan mümkün hücuma hazırlaşmağa başlayıb ki, bu da İranın Suriyadakı konsulluğuna hücuma cavab ola bilər.

Publika.az xəbər verir ki bu barədə bu barədə "i24News" portalı İsrail rəsmiləri arasından olan anonim mənbələrə istinadən məlumat yayıb.

“Biz hazırlaşırıq. Hücum təhlükəsi var. İsteriya yoxdur”, - portal dövlət rəsmisinin sözlərindən sitat gətirib.

Başqa bir mənbəyə görə, Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağına nəzarəti bərpa etməyə cəhd edə bilər, lakin buna cavab olaraq İsrail hava limanında olduğu kimi gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edəcək.

Bundan əvvəl İran Prezidenti İbrahim Rəisi İsraili İsrail Hərbi Hava Qüvvələrinin İranın Suriyadakı diplomatik missiyasına endirdiyi zərbəyə tezliklə cavab verəcəyi ilə hədələyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm