İntiqam andı içən İran tək şərtini açıqladı
Bizi izləyin

Yaxın Şərq

İntiqam andı içən İran tək şərtini açıqladı

Ötən gün İsrail taktiki geri çəkilməyə qərar verib. Qisas almağa and içən İran hücumdan əl çəkmək üçün yeganə şərtini açıqlayıb.

Publika.az xəbər verir ki, İsrail Qəzzanın cənubundakı Xan Yunisdəki hərbçilərin sayını azaldacağını deyib. İsrail ordusunun sözçüsü polkovnik-leytenant Peter Lerner Xan Yunisdəki missiyaların tamamlandığını, lakin Qəzzada "ciddi bir qüvvənin" əməliyyatı davam etdirəcəyini bildirib.

Buna uyğun olaraq İsrail ordusu Xan Yunis ətrafındakı hərbi gücünü bir briqada ilə məhdudlaşdıracaq. Hesab edilir ki, İsrail ordusunun bu hərəkəti müharibənin sonunun yaxınlaşmasının göstəricisi deyil, taktiki geri çəkilmə ola bilər.

İran Yaxın Şərqi təşvişə salsa da, diqqətçəkən bir iddia irəli sürüb.

Adı açıqlanmayan diplomatik mənbənin verdiyi məlumata görə, İran ABŞ-a göndərdiyi mesajda Qəzzada atəşkəs əldə olunarsa, cavab hücumundan əl çəkəcəyini bildirib:

“İsrail və HƏMAS arasında atəşkəs danışıqları Qahirədə davam edəcək. Əgər Amerika vəziyyəti nəzarət altına almağı bacararsa bu, Bayden administrasiyası üçün böyük uğur olacaq”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm