İki müsəlman dövləti HƏMASI HƏDƏLƏDİ
Bizi izləyin

Yaxın Şərq

İki müsəlman dövləti HƏMASI HƏDƏLƏDİ

Qətər və Misir Amerika hakimiyyətinin göstərişi ilə Fələstinin HƏMAS hərəkatının liderlərini İsraillə atəşkəs razılaşmasına razı olmadıqları təqdirdə sanksiyalarla hədələyiblər.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Bildirilir ki, HƏMAS liderləri inadkarlıq ucbatından həbs, aktivlərin dondurulması və digər məhdudiyyətlərlə üzləşirlər.

Nəşrin yazdığına görə, ABŞ prezidenti Co Baydenin administrasiyası HƏMAS-ı Amerika liderinin “siyasi burulğan” şəraitində tələb etdiyi sövdələşməyə razı salmaq üçün müxtəlif yollara cəhd edir.

Eyni zamanda, HƏMAS gözlənilənlərin əksinə olaraq, onların şərtlərinə cavab verməyən sövdələşməyə razı olmayacağını bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm