İsrailin müdafiə naziri İSTEFA VERDİ
Bizi izləyin

Yaxın Şərq

İsrailin müdafiə naziri İSTEFA VERDİ

İsrailin müdafiə naziri Benni Qantz istefa verdiyini, həmçinin böhranlı liderin ifrat sağ koalisiyasındakı yeganə mərkəzçi qüvvəni geri çəkdiyini elan edib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Netanyahu bizim həqiqi qələbəyə doğru irəliləməyimizə mane olur. Ona görə də bu gün fövqəladə hökuməti ürək ağrısı ilə, lakin tam əminliklə tərk edirik", - Qantz televiziya ilə yayımlanan mətbuat konfransında deyib.

Qantz eyni zamanda Baş nazir Benyamin Netanyahunu da tənqid edib. O, deyib ki, Baş nazir real qələbənin qarşısını alır və Qəzza zolağındakı münaqişə ilə bağlı strateji qərarlar siyasi mülahizələrə görə əngəllənir.

Netanyahu Qantzı "cəbhəni tərk etməməyə" çağıran qısa bir bəyanat verib. Lakin onun gedişi hakim sağ koalisiyanın 120 yerlik Knessetdəki 64 yerlik parlament çoxluğunu təhlükə altına salmayacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm