Yaxın Şərq
ABŞ-ın təyyarədaşıyan gəmisinə raketlərlə HÜCUM EDİLDİ
Üsyançı "Ənsar Allah" hərəkatı üzvləri Qırmızı dənizdə ABŞ-ın "Dwight Eisenhower" təyyarədaşıyan gəmisinə raket zərbələri endirib.
Publika.az "Al Masirah" telekanalına istinadla xəbər verir ki, bu barədə Yəmənin husi ordusunun sözçüsü Yəhya Saria məlumat verib.
O bildirib ki, təyyarə gəmisi Qırmızı dənizin şimalında ballistik və qanadlı raketlərlə hücuma məruz qalıb.
“Əməliyyat öz məqsədlərinə uğurla çatdı”, - sözçü deyib.
Saria qeyd edib ki, üsyançı qüvvələr Ərəb dənizində "Transworld Navigator" yük daşıyan gəmisinə də hücum ediblər. Zərbələr ballistik raketlərlə endirilib. O qeyd edib ki, ticarət gəmisinə hücum “işğal olunmuş Fələstinin limanlarına keçidə qoyulan qadağanın pozulması” ilə əlaqədardır.
Hüseyn İbadlı
-
İdman03:43
Ərdoğan soyunma-geyinmə otağında futbolçularla söhbətləşdi - VİDEO
-
Magazin203:13
“Titanik”ə görə “Oskar” alan prodüser VƏFAT ETDİ
-
Hadisə01:30
Azərbaycanda ZƏLZƏLƏ OLDU
-
İdman00:57
Türkiyə Avropa çempionatı ilə vidalaşdı - YENİLƏNDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: problemlər əhvalınızı poza bilər
-
İdman00:00
Ərdoğan matçı stadiondan izləyir - FOTO
-
Kriminal6 İyul 23:15
Bakının mərkəzində qadın vəhşicəsinə döyüldü - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Kriminal6 İyul 22:48
Oğul atasının başını KƏSDİ - Saatlıdakı dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI