Atan 100 min, tutan milyon dollar: İrana qarşı ən bahalı müdafiə
Bizi izləyin

Yaxın Şərq

Atan 100 min, tutan milyon dollar: İrana qarşı ən bahalı müdafiə

İsrail və ABŞ-ın İranın atdığı ballistik raketləri zərərsizləşdirmək üçün yüz milyonlarla dollar dəyərində xərc çəkdiyi təxmin edilir.

Publika.az xəbər verir ki, oktyabrın 1-i axşam saatlarında İranın İsrailə ən az 200 ballistik raket atmasında sonra İsrailin hava hücumundan müdafiə sistemləri bir daha gündəmə gəlib.

İranın göndərdiyi raketlərin çoxunun “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən qarşısı alınsa da, onlarla raket İsrail ərazisinə düşüb. Bu, tərəflərin xərcləri müqayisə edildikdə, İsrailin hava hücumundan müdafiə sisteminin uğurunu şübhə altına alır.

İsrailin hava hücumundan müdafiə sistemi üç mərhələdən ibarətdir: “Dəmir Qübbə” raket və minaatan kimi qısa mənzilli hücumlara qarşı istifadə olunur. 2. “Davud sapandı” təyyarə, pilotsuz uçuş aparatları və orta mənzilli raketlər kimi təhdidlərə qarşı hazırlanıb. Digərləri isə atmosferin ən yuxarı təbəqələrinə qədər çatan “Arrow” (Ok) 2 və atmosferdən kənara çıxa bilən “Arrow” 3-dür. “Dəmir Qübbə” dəfələrlə işə salınsa da, İsrail “Arrow” 2 və 3 müdafiə sistemini ilk dəfə oktyabrın 1-də SEPAH-ın atdığı “Fəttah” hipersonik raketlərinə qarşı istifadə edib.

İranın apreldəki ilk cavab tədbirindən sonra İsrail Baş Qərargah rəisinin keçmiş maliyyə müşaviri Herzi Halevi deyib ki, “Arrow”-un qiyməti adətən 3,5 milyon dollara, “Davudun sapandı” isə 1 milyon dollara başa gəlir. Bu hesablamaya görə, onlarla raketin zərərsizləşdirilməsi İsrail üçün yüz milyonlarla dollar xərc deməkdir. İsraildə rəqəmlər bu qədər yüksək olsa da, İranın ballistik raketinin 100 min dollara başa gəldiyi təxmin edilir.

Onu da qeyd edək ki, Təl-Əviv hava hücumundan müdafiə sistemi, həmçinin “F-35” döyüş təyyarələri və Şərqi Aralıq dənizində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri ilə birgə İranın hücumuna müqavimət göstərib. Pentaqonun sözçüsü Pat Rayder raketlərin əksəriyyətinin müvəffəqiyyətlə zərərsizləşdirildiyini və ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinin İsrail ordusuna kömək etmək üçün təxminən 12 tutma raketi atdığını bildirib. Kiprdə hərbi bazası olan İngiltərənin də İsrailin müdafiəsi üçün kəşfiyyat və məlumatların monitorinqi dəstəyi verdiyi təxmin edilir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm