Yaxın Şərq
İsrail Hizbullah liderinin varisini öldürmək üçün Beyruta hücum edib
İsrail Hizbullah lideri Həsən Nəsrullahın varisi, Livan şiə hərəkatının icraiyyə komitəsinin rəhbəri Haşim Səfiəddini aradan götürmək üçün Beyrutu vurub.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində məlumat verib. Səfiəddinin dərin yeraltı bunkerdə olduğu güman edilir, ona görə də onun hücumdan sonrakı taleyi hələ də bəlli deyil.
Hərəkatın nümayəndəsi siyasi məsələlərlə məşğul olur və hərbi tapşırıqları idarə edən Cihad Şurasının bir üzvüdür.
“The New York Times” mənbələrə istinadən İsrailin “Hizbullah”ın yüksək rütbəli liderlərinin, xüsusən də Nəsrullahın varisi ilə görüşü zamanı Beyruta hava hücumu həyata keçirməsinə aydınlıq gətirib. Livanın şiə Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullah sentyabrın 28-də İsrailin Beyruta endirdiyi zərbələr zamanı öldürülüb. O, 1992-ci ildən hərəkata rəhbərlik edib. Hava hücumunda Nəsrullahın hərəkata və onun məqsədlərinə sadiqliyini açıq şəkildə nümayiş etdirən qızı Zeynəb də öldürülüb.
-
Nida Xəbər 11:28
Bakıda COP29-un açılış mərasimi başladı - Canlı
-
ABŞ10:45
Trampın oğlu Zelenskini ələ saldı: 38 gününüz qaldı
-
Sosial10:05
Xəzərdə görünən nəhəng heyvanın ilk görüntüsü - Video
-
Hadisə09:48
Goranboyda minaya düşən hərbçimizlə bağlı YENİ XƏBƏR
-
İdman09:24
Qurban Qurbanov bu klubun təklifindən niyə İMTİNA ETDİ?
-
Sağlamlıq08:36
Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
-
Sosial07:47
Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
-
Ekologiya07:17
Qar yağacaq, dolu düşəcək - PROQNOZ