HƏMAS-ın yeni lideri hücum əmri verdi: İsraildə qurbanlar var
Bizi izləyin

Yaxın Şərq

HƏMAS-ın yeni lideri hücum əmri verdi: İsraildə qurbanlar var

HƏMAS-ın keçmiş lideri İsmayıl Haniyənin öldürülməsindən (31 iyul 2024-cü il) sonra bu vəzifəni üzərinə götürən Yəhya Sinvar təşkilat üzvlərinə deyib ki, İsrailə hücumları bərpa etməyin vaxtıdır.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”a ərəb kəşfiyyat rəsmiləri məlumat verib.

Bildirilir ki, HƏMAS liderinin çağırışından bir neçə gün sonra Tel-Əvivdə terror aktı baş verib, partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Bundan əlavə, qeyd olunur ki, HƏMAS keçən həftə İsraildə iki ayrı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm