Bu dənizdə ABŞ-ın neft tankeri VURULDU
Bizi izləyin

Yaxın Şərq

Bu dənizdə ABŞ-ın neft tankeri VURULDU

Yəmənin husilər kimi tanınan "Ənsar Allah" hərəkatının döyüşçüləri Qırmızı dənizdə Amerikanın "Olympic Spirit" neft tankerinə hücum edib.

Publika.az xəbər verir ki, barədə hərəkatın nümayəndəsi Yəhya Sariya "Telegram" kanalında yazıb.

" Yəmən Silahlı Qüvvələri iki hərbi əməliyyat keçirib, bunlardan birincisi ABŞ-ın "Olimpik Spirit" neft gəmisinə qarşı olub", - sözçü bildirib.

Saria əlavə edib ki, gəmi 11 ballistik raket və iki pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Hərəkat nümayəndəsinin sözlərinə görə, tanker “birbaşa zərbə alıb”.

Saria hücumu Fələstin və Livan müqavimətinə dəstək, həmçinin Yəmənə qarşı ABŞ-Britaniya təcavüzünə cavab kimi izah edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm