"Hizbullah"ın kəşfiyyat rəhbəri bombardmandan SAĞ ÇIXDI
Bizi izləyin

Yaxın Şərq

"Hizbullah"ın kəşfiyyat rəhbəri bombardmandan SAĞ ÇIXDI

"Hizbullah"ın kəşfiyyat rəhbəri Vəfik Səfa İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi bombardmandan sağ çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı hərəkatdakı mənbəyə istinadən xəbər yayıb.

Mənbənin məlumatına görə, Vəfik Səfaya qarşı sui-qəsd cəhdi uğursuz olub və o, hadisə yerindən qaça bilib.

Qeyd edək ki, Livanın Səhiyyə Nazirliyi İsrailin Beyrutun mərkəzindəki iki binaya endirdiyi zərbələr nəticəsində 22 nəfərin həlak olduğunu, 117 nəfərin isə yaralandığını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm