Tehran ərəb ölkələrini hədələdi: İsrail İranı vurmaq üçün bu taktikadan istifadə edəcək
Bizi izləyin

Yaxın Şərq

Tehran ərəb ölkələrini hədələdi: İsrail İranı vurmaq üçün bu taktikadan istifadə edəcək

İran Səudiyyə Ərəbistanına və digər Körfəz ölkələrinə xəbərdarlıq edib ki, İslam Respublikasına hücumda İsrailə hər hansı yardım onların neft obyektlərinə cavab zərbələri ilə nəticələnəcək.

Publika.az xəbər verir ki, bu məlumatı Səudiyyə Ərəbistanı kral məhkəməsinə yaxın analitik Əli Şihaba təsdiqləyib: “İranlılar dedilər ki, Körfəz ölkələri öz hava məkanını İsrailə açsalar, bu, müharibə aktı olacaq”.

“Reuters” mənbələrindən biri bildirib ki, oktyabrın 9-da Səudiyyə Ərəbistanının faktiki hökmdarı vəliəhd şahzadə Məhəmməd bin Salman və İranın xarici işlər naziri Abbas Əraqçi arasında danışıqların əsas mövzusu İsrailin İrana potensial hücumu olub.

Bundan sonra Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ABŞ-ı İrana hücum etmək üçün hava məkanından və hərbi infrastrukturundan istifadə etməyə İsrailə icazə verməyəcəkləri barədə xəbərdar edib.

Eyni zamanda, Fars körfəzindəki üç mənbə bildirir ki, İsrail İordaniya və ya İraq ərazisini vura bilər, lakin bunun üçün Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-nin hava məkanından istifadə edilməsi “strateji baxımdan zəruri deyil”. Analitiklərin fikrincə, İsrail qırıcının Qırmızı dəniz üzərindən Hind okeanına uçmasına, Fars körfəzinə getməsinə və sonra geri qayıtmasına imkan verən havada yanacaq doldurma üsulundan istifadə edə bilər.

Səudiyyə Ərəbistanı və ya BƏƏ-də neft obyektlərinə hücum neftin dünya bazarına tədarükü ilə bağlı problemlərə səbəb ola bilər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm