HƏMAS 11 sentyabr terror aktını İsraildə təkrarlamaq istəyib - Gizli sənədlər ƏLƏ KEÇDİ
Bizi izləyin

Yaxın Şərq

HƏMAS 11 sentyabr terror aktını İsraildə təkrarlamaq istəyib - Gizli sənədlər ƏLƏ KEÇDİ

Fələstinin HƏMAS radikal hərəkatı 2001-ci il sentyabrın 11-də ABŞ-da əkiz qüllələrə edilən hücuma bənzər terror aktı törətməyi planlaşdırırdı.

Publika.az xəbər verir ki, bu barədə İsrail hərbçilərinin ələ keçirdiyi sənədlərə istinadla "The Washington Post" (WP) məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, terror aktının bir neçə il əvvəl həyata keçirilməsi planlaşdırılıb. Məkan kimi Təl-Əviv seçilib. Mümkün variantlar arasında HƏMAS 70 mərtəbəli "Moshe Aviv Tower" və "Azrieli Center" kompleksini nəzərdən keçirib. Bu binaların yanında İsrail Müdafiə Qüvvələrinin (IDF) qərargahı yerləşir.

"Əgər bu qüllə bu və ya digər şəkildə dağılarsa, düşmən üçün Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinin böhranı kimi görünməmiş böhran baş verəcək", - sənədlərdə deyilir.

Nəşr qeyd edib ki, hərəkat üzvləri kobud əraziləri aşmaq üçün döyüş arabalarından istifadə etməyi planlaşdırıblar.

Bir gün əvvəl “The New York Times” qəzeti HƏMAS-ın İranı 2023-cü il oktyabrın 7-də İsrailə qarşı hücumda birbaşa iştirak etməyə razı salmağa çalışdığını yazmışdı . Əvvəlcə əməliyyatın 2022-ci ilin payızında başlayacağı güman edilirdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm