İsraildən İFLİCEDİCİ ZƏRBƏ: İrana 1 il vaxt lazımdır ki...
Bizi izləyin

Yaxın Şərq

İsraildən İFLİCEDİCİ ZƏRBƏ: İrana 1 il vaxt lazımdır ki...

İsrail hesab edir ki, İrana son hücumdan sonra Tehranz raket imkanlarını bərpa etmək üçün bir il vaxt lazımdır.

Publika.az xəbər verir ki, bu barədə "Sky News Arabia" mənbələrə istinadla məlumat yayıb.

İsrail rəsmilərindən birinin sözlərinə görə, hücumun əsas məqsədi İranı yer-yer tipli raketlər istehsal etmək imkanından məhrum etmək olub.

Eyni zamanda, İran israr edir ki, hava hücumundan müdafiə sistemi İsrailin təcavüzünə uğurla müqavimət göstərib və zərbələrdən dəyən ziyan məhdud olub.

Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail oktyabrın 1-də baş verən kütləvi hücuma cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib. Ölkənin müdafiə ordusu İran müəssisələrinə, o cümlədən raket istehsalı obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə hücumlar elan edib.

İran beynəlxalq ictimaiyyəti Yaxın Şərqdə müharibənin başlamasının qarşısını almaq üçün İsrailə qarşı tədbir görməyə çağırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm