Yaxın Şərq
İsrail bu ölkədən qoşunlarını çıxarmağa başladı
İsrail şiə "Hizbullah" hərəkatı ilə imzalanan atəşkəs razılaşması çərçivəsində Livanın cənubundan ilk qoşun qrupunu çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Noyabrda əldə olunan razılaşmalara görə, Livanın cənubuna yalnız ölkənin silahlı qüvvələri və BMT sülhməramlıları nəzarət edəcək, İsrail ordusu və "Hizbullah" qüvvələri isə atəşkəsdən sonra 60 gün ərzində oradan tamamilə geri çəkiləcək.
"Mərkəzi Komandanlığın rəhbəri Maykl Kurila bu gün Əl-Xiamda İsrail Müdafiə Qüvvələrinin ilk çıxarılması və onların Livan silahlı qüvvələri ilə əvəzlənməsi mərasimində iştirak edib", - "X" sosial şəbəkəsində dərc olunan bəyanatda deyilir.
Xatırladaq ki, İsrail oktyabrın 1-dən Livanın cənubunda “Hizbullah” qüvvələrinə qarşı quru əməliyyatı keçirir və artıq 2000-dən çox insanın həlak olduğu qonşu ölkəni atəşə tutur. İtkilərə baxmayaraq “Hizbullah” quru döyüşləri aparıb və İsrail ərazilərinin atəşə tutulmasını dayandırmayıb. Noyabrın 26-da Livan və İsrail atəşkəs haqqında razılığa gəliblər, saziş yerli vaxtla 27 noyabr 04:00-də qüvvəyə minib.
Adəm Abbaslı
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək

































.jpg)



