Yaxın Şərq
Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
“Aslanın nəriltisi” əməliyyatı zamanı İsrail Birləşmiş Ərəb Əmirliklərinə buraxılış qurğularını və idarəetmə mərkəzlərini idarə etmək üçün “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri və personalı göndərib.
Publika.az xəbər verir ki, “Vesty.co.il” saytının verdiyi məlumata görə, bu barədə ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib.
Bunula da, amerikalı diplomat İsrail və ABŞ-dakı mənbələrə istinadən “Axios”un xəbərini faktiki olaraq təsdiqləyib.
"İsrail ilə “İbrahim Sazişləri”ni imzalayan ilk ölkə olan BƏƏ haqqında bir neçə xoş söz demək istəyirəm. Bunun Əmirliklərə verdiyi üstünlüklərə baxın. İsrail onları hava hücumundan müdafiə batareyaları və mütəxəssisləri ilə təmin edib", - deyə Hakabi Tel-Əviv Universitetində keçirilən konfransda bildirib.
Səfir həmçinin ABŞ prezidenti Donald Trampın İsrailə yeni səfərinin mümkünlüyündən də danışıb.
"Ümid edirəm ki, bu, çox tezliklə, gələn yay baş verəcək. Trampdan daha çox İsrailə yaxın olan və ya tərəfdaşlığımızın dəyərini daha yaxşı başa düşən Amerika prezidenti tanımıram", - Hakabi deyib.
Diplomatın sözlərinə görə, o, hər görüşdə ABŞ prezidentinə İsrailə səfər etməyin zəruriliyi barədə məlumat verir.
"Mən Trampa demişdim ki, əgər İsraildə namizədliyini irəli sürsəydi, səslərin 95%-ni alacaqdı. Ona səs verməyəcək insanlar ruhi xəstəxanalardadır, onların səsləri onsuz da sayılmır", - Hakabi deyib.
Daha əvvəl “Axios” mənbələrə istinadən İsrailin Baş naziri Binyamin Netanyahunun BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla danışdıqdan sonra “Dəmir günbəz” sisteminin və onlarla operatorun yerləşdirilməsinə əmr verdiyini bildirmişdi.
Müəllif: Tural
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı


































