Yaxın Şərq
İki ölkə hücum edib - İran müharibəsində gizli əməliyyat üzə çıxdı
Səudiyyə Ərəbistanı müharibə zamanı İranın hücumlarına qarşı gizli cavab addımları atıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi iki Qərb və iki İran rəsmisinə istinadən məlumat yayıb.
Agentlik yazır ki, Səudiyyə ilk dəfə İran ərazisində birbaşa hərbi əməliyyatlar həyata keçirib. Qərb rəsmilərinin sözlərinə görə, Səudiyyənin Hərbi Hava Qüvvələri hücumları mart ayının sonlarında ediblər. Onlardan yalnız biri “Səudiyyə Ərəbistanına zərbə endirilməsinə qarşı qisas hücumu” olaraq açıqlanıb.
Agentlik hansı hədəflərin vurulduğunu təsdiqləyə bilməyib. Səudiyyənin Xarici İşlər Nazirliyi isə agentliyin məsələ ilə bağlı sorğusuna cavab verməkdən yayınıb. İran Xarici İşlər Nazirliyi də bu məsələni şərh etməkdən imtina edib.
“Wall Street Journal” qəzeti isə Birləşmiş Ərəb Əmirliklərinin də İrana hərbi hücumlar həyata keçirdiyini yazıb.
Səudiyyə və BƏƏ-nin birgə əməliyyatları gizlilik formatında baş tutub. Hər iki ölkə bu əməliyyatda iştirak etsə də, yanaşmaları fərqlidir. BƏƏ daha sərt mövqedən çıxış edib və Tehranla nadir hallarda diplomatik təmaslar qurub. Səudiyyə isə münaqişənin daha da şiddətlənməsinə qarşı olub və Tehranla müntəzəm əlaqə saxlayıb.
İran və Qərb rəsmiləri təsdiqləyib ki, Ər-Riyad hücumlarla bağlı Tehranı məlumatlandırıb.
Beynəlxalq Böhran Qrupunun İran layihəsinin direktoru Əli Vaez hesab edir ki, Səudiyyənin İrana qarşı cavab zərbələri, ardınca gərginliyin azaldılması ilə bağlı anlaşma tərəflərin nəzarətsiz eskalasiyanı qəbul etməməsini göstərir.
“Hadisələrin ardıcıllığı tərəflər arasındakı etimaddan daha çox, qarşıdurmanın regional münaqişəyə çevrilməsinə qarşı mövqedən qaynaqlanır”, - Əli Vaez bildirib.
Asif
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu








.jpg)



























