Yaxın Şərq
HƏMAS dörd israilli girovu azad etdi
HƏMAS daha 4 israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
Publika.az xəbər verir ki, bu barədə "Əl Əqsa" telekanalı məlumat yayıb. Proses Qəzza şəhərindəki Fələstin meydanında baş tutub.
Daha sonra İDF mətbuat xidməti transfer prosesinin başa çatdığını və azad edilən qızların İsrailə aparıldığını təsdiqləyib.
HƏMAS hərəkatının hərbi qanadı "Əl-Qəssam" briqadalarının dünən verdiyi məlumata görə, onlar Karina Ariyev, Daniel Gilboa, Naama Levi və Liri Elbaqı azad edəcəklər.
Öz növbəsində, HƏMAS-ın məhbus və ölülərlə iş üzrə ofisi bildirib ki, İsrail şənbə günü 200 fələstinli məhbusu azad edəcək, onlardan 121-i ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, bir həftə əvvəl Fələstin hərəkatı üç girovu geri qaytarıb.
Xatırladaq ki, Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə İsrail və HƏMAS yanvarın 19-dan etibarən 42 günlük atəşkəs haqqında razılığa gəlib. Birinci mərhələ minə yaxın fələstinli məhbusun əvəzində 33 israilli girovun azad edilməsini nəzərdə tutur. Atəşkəsin 16-cı günündə tərəflər sazişin ikinci mərhələsi üzrə danışıqlara başlamağı öhdələrinə götürüblər. Ehtimallara görə, bura qalan girovların azad edilməsi, daimi atəşkəs və İsrail qoşunlarının tamamilə çıxarılması daxildir.
Sülh prosesinin təminatçıları həmçinin qalıqların mübadiləsi, Qəzza zolağının bərpası və blokadanın aradan qaldırılmasına yönələcək üçüncü mərhələdən danışırlar.
Adəm Abbaslı
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR




























.jpg)
.webp)








