Yaxın Şərq
ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
İsrail hakimiyyəti yaxın günlərdə İsrail qüvvələri tərəfindən işğal edilmiş Livanın bəzi hissələrinin nəzarətini Beyruta qaytarmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb.
Hazırda İsrail tərəfindən işğal edilən ilk "pilot zonası" "bir neçə gün ərzində" Livanın nəzarətinə qaytarılacaq. CNN amerikalı rəsminin sözlərinə istinadən bildirir ki, "əlavə pilot zonalar xəritələşdirilib".
ABŞ administrasiyasının rəsmisi əlavə edib ki, ABŞ "Livan hökumətinə bu ərazilərdə və ölkə daxilində suverenliyi effektiv şəkildə bərpa etməyə kömək etmək üçün tezliklə beynəlxalq tərəfdaşlarla əlaqə qurmağa başlayacaq".
Qeyd olunur ki, gələn həftə Romada tərəflərin nümayəndələri arasında bu məsələ ilə bağlı qapalı formatda danışıqlar aparılacaq.
İyunun 26-da Livan və İsrail ABŞ-ın himayəsi altında Vaşinqtonda keçirilən beş raund danışıqlardan sonra çərçivə sazişi imzaladılar. Sazişə əsasən, Livan Silahlı Qüvvələri tədricən "ölkənin bütün ərazisi üzərində effektiv suveren nəzarəti" bərpa edəcək. Qeyri-hökumət qrupları tərksilah ediləcək və onların hərbi infrastrukturu söküləcək və bununla da İsrail qoşunlarının cənubi Livandan çıxarılması üçün yol açılacaq.
Müəllif: Tural
-
İdman22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi















.jpg)























