Yunanıstanda Türkiyə narahatlığı: İngilislər saziş bağlayır, fransızlar raket verir
Bizi izləyin

Dünya

Yunanıstanda Türkiyə narahatlığı: İngilislər saziş bağlayır, fransızlar raket verir

Yunanıstanda Türkiyə narahatlığı: İngilislər saziş bağlayır, fransızlar raket verir

ABŞ prezidenti Donald Trampın NATO sammitində Türkiyəyə qarşı tətbiq olunan CAATSA sanksiyalarının ləğv ediləcəyini açıqlaması Yunanıstanda siyasi müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, yunanıstanlı siyasətçi Kiriakos Velopoulos jurnalistlərə açıqlamasında hökumətin xarici siyasətini və Baş nazir Kiriakos Mitsotakisin Türkiyə ilə bağlı mövqeyini sərt tənqid edib.

O bildirib ki, İngiltərə və Fransanın Türkiyə ilə hərbi əməkdaşlığı fonunda Yunanıstanın milyardlarla avro dəyərində silah müqavilələri gözlənilən nəticəni verməyib.

"İngilislər Ərdoğanla qarşılıqlı yardım sazişi imzalayır, fransızlar isə türklərə zenit raketləri verir. Bəs bizim milyardlarla avro xərclədiyimiz müqavilələr və təminatlar haradadır? Milyardlarla avronu hansı səbəbdən boşa xərclədik?" , - deyə Velopoulos vurğulayıb.

O, öz Yunan Həlli Partiyasının hakimiyyətə gələcəyi təqdirdə Avropa İttifaqı daxilində Türkiyəyə qarşı sanksiyaların tətbiqi üçün çalışacaqlarını, Ankaraya ayrılan maliyyə vəsaitlərinin qarşısını almaq məqsədilə veto hüququndan istifadə edəcəklərini bildirib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm