Sosial
Təhsil TV-yə direktor təyin edildi - FOTO
Təhsil TV-nin direktoru vəzifəsinə Bəhruz Nəzərov təyin edilib.
Publika.az xəbər verir ki, əmək fəaliyyətinə media sahəsində başlayan Bəhruz Nəzərov müxtəlif illərdə “SPACE” Müstəqil Teleradio Şirkətində, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində, “ATV International” telekanalında, “Yurd TV”də müxtəlif vəzifələrdə çalışıb.
Bəhruz Nəzərov həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru, eyni zamanda “Oil and Industry” jurnalının baş redaktoru olub. Bundan başqa, Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədr müavini, daha sonra isə İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.
Bəhruz Nəzərov 2012-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2025-ci ildə isə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına layiq görülüb.
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyiti 1 ay sonra tapıldı - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO



































.jpg)